Bu gün
Türkiyədə bir neçə məşhur saxlanıldı

Türkiyədə bir neçə tanınmış şəxs narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinərək saxlanılıb.
Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında yer alıb.
Məlumata görə, onlar polisin keçirdiyi əməliyyat çərçivəsində istintaqa cəlb olunublar.
Saxlanılan şəxslər arasında müğənni Aleyna Tilki, influenser Danla Bilic və aktrisalar - Mümine Senna Yıldız və İrem Sak var.
Qeyd olunub ki, saxlanılmaları haqqında qərar çıxarılan müğənni Yusuf Güney və aktrisa Melisa Döngel isə polisin keçirdiyi əməliyyat zamanı evlərində tapılmayıb.