Bu gün
İranda avtobus aşıb, 13 nəfər həlak olub

İranda İsfahan-Nətənz marşrutu üzrə hərəkət edən avtobusun aşması nəticəsində 13 nəfər həlak olub, 11 nəfər yaralanıb. Təhlil.az-ın məlumatına görə, İsfahan əyalətinin fövqəladə halların idarə edilməsi üzrə baş direktoru Mənsur Şüşəfuruşin bildirib ki, hadisə yerinə polis əməkdaşları, xilasedicilər cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bu gün