Səudiyyə Ərəbistanında edamların sayı ilə bağlı yeni rekord

Səudiyyə Ərəbistanı bir il ərzində həyata keçirilən edamların sayına görə yeni rekorda imza atıb.
Təhlil.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2025-ci il ərzində ölkədə ümumilikdə 340 nəfər edam olunub.
Hökumət orqanlarının açıqlamasına əsasən, dekabrın 15-də daha üç nəfərin edam edilməsi ilə bu göstərici rəsmiləşib. İnsan haqları təşkilatları 1990-cı illərdən etibarən edamların statistikasını aparmağa başladıqdan sonra Səudiyyə Ərəbistanı ardıcıl ikinci ildir ki öz əvvəlki rekordunu yeniləyir. Qeyd edək ki, 2024-cü ildə ölkədə 338 edam həyata keçirilmişdi.
Məlumata görə, 2025-ci ildə icra olunan edamların 232-si narkotiklə əlaqəli cinayətlər üzrə olub. Bu isə 2024-cü ildə eyni səbəbdən edam edilən 117 nəfərlə müqayisədə təxminən iki dəfə çoxdur.
Mövzu beynəlxalq insan haqları təşkilatları tərəfindən ciddi narahatlıqla izlənməkdə davam edir.