Dünən
Rusiya sərhədindəki Aİ ölkələri müdafiəni gücləndirməyə hazırlaşır

Rusiya ilə sərhəddə yerləşən Avropa İttifaqı ölkələri müdafiə imkanlarını gücləndirmək üçün konkret tədbirlər üzərində işləməyə başlayır.
Təhlil.az xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo açıqlama verib.
Onun sözlərinə görə, dekabrın 16-da Helsinkidə İsveç, Polşa, Baltikyanı ölkələr, Rumıniya və Bolqarıstan liderlərinin iştirakı ilə “Şərq Cəbhəsi” Zirvə Toplantısı keçiriləcək.
Orpo bildirib ki, görüşün əsas məqsədi müdafiə sahəsində əməkdaşlığın əlaqələndirilməsi və Avropa İttifaqı daxilində ortaq mövqenin formalaşdırılmasıdır.
Baş nazir vurğulayıb ki, Rusiya hazırda, yaxın gələcəkdə və uzunmüddətli perspektivdə təhlükə mənbəyi olaraq qalır.
Bu gün