Bu gün

Azərbaycanda binaların dağılmadan mühafizəsi üçün yeni normalar təsdiqləndi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi ilə bağlı yeni layihələndirmə normalarını təsdiqləyib.

Təhlil.az xəbər verir ki, qərarı komitə sədri Anar Quliyev imzalayıb.

Yeni tələblərə əsasən, çoxmərtəbəli binalarda yükdaşıyan konstruksiyaların hesablanması zamanı yerli dağılma zonaları üçün dairəvi sahə standartları müəyyən olunub. Kərpic və polad karkaslı binalar, eləcə də böyükaşırımlı qurğular üçün əlavə gücləndirmə və dayanıqlıq tədbirləri tətbiq ediləcək.

Normalar konstruksiyaların qəzaya davamlılığını artırmağı, yükün alternativ marşrutlarla paylanmasını təmin etməyi və təhlükəsizlik səviyyəsini yüksəltməyi hədəfləyir.

Sənəd Hüquqi Aktların Dövlət Reyestrində dərc olunduğu gündən qüvvəyə minir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?