Bu gün
Müharibəyə nöqtə qoyacaq Berlin danışıqları başlayır

Paris sammitinin ləğvindən sonra ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu həftə sonu Berlində Ukrayna Prezidenti Vladimir Zelenski və “Avropa üçlüyü” liderləri ilə görüşəcək.
Təhlil.az xəbər verir ki, görüşdə Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmerin iştirak edəcəyi gözlənilir.
Məlumata görə, bu görüş Ağ Evin ilin sonuna qədər Rusiya ilə müharibəyə son qoymağa yönəlmiş razılaşma əldə etmək cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.
Nəşr yazır ki, Uitkoffun Berlindəki danışıqlara göndərilməsi “Kiyev və Vaşinqton arasında mümkün razılaşmanın şərtləri ilə bağlı fikir ayrılıqlarını azaltmaq istəyinin artdığını göstərir”.
Bu gün