Paşinyan Azərbaycanın tranzit qərarını alqışladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana göndərilən yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verilməsi ilə bağlı qərarını müsbət qiymətləndirib.
Təhlil.az xəbər verir ki, Paşinyan bu barədə Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı danışıb. O bildirib ki, regionda müşahidə olunan müsbət dinamika iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.
Baş nazirin sözlərinə görə, regional kommunikasiyaların açılması geniş region üzrə bütün ölkələr üçün iqtisadi dayanıqlığın gücləndirilməsinə və qarşılıqlı əlaqələrin genişlənməsinə mühüm töhfə verə bilər.
Nikol Paşinyan Azərbaycanın qəbul etdiyi bu qərarı regionda sülhün və sabitliyin təmin olunması istiqamətində atılmış vacib addımlardan biri kimi dəyərləndirdiyini də vurğulayıb.