11 dekabr
Pezeşkian Qazaxıstana səfər edib

İran prezidenti Məsud Pezeşkian Qazaxıstana səfər edib və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Təhlil.az xəbər verir ki, prezidentlərin iştirakı ilə hər iki ölkənin rəsmiləri nəqliyyat, tranzit və logistika, mədəni mübadilə, hüquqi yardım, səhiyyə, diplomatik və media əməkdaşlığı sahələrində əməkdaşlıq haqqında 14 sənəd və anlaşma memorandumu imzalayıblar.