11 dekabr

İrəvanda Qarabağ separatçılarının ofisində axtarış aparılır

Ermənistan İstintaq Komitəsi İrəvanda Qarabağ separatçılarının ofisində axtarış aparır. Təhlil.az xəbər verir ki, bu barədə "Mənim şərəfim var" parlament fraksiyasının katibi Tiqran Abrahamyan məlumat verib.

Ermənistan İstintaq Komitəsi Azərbaycanı könüllü tərk edən separatçıların geri qayıtması ilə bağlı parlament dinləmələrindən cəmi bir gün sonra qondarma qurumun İrəvandakı ofisində axtarış aparmağa başlayıb. Separatçı Njde İskəndəryanın sözlərinə görə, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı sənədləri axtarır və gündəmdə digər məsələlər də ola bilər. Onlar axtarışa icazə verən məhkəmə qərarını təqdim ediblər və hazırda kompüterləri araşdırırlar. Ermənistan İstintaq Komitəsi bildirib ki, "cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri həyata keçirilir".

 

 

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?