11 dekabr
Fransada sosial mediaya giriş üşün yaş məhdudiyyətləri tətbiq ediləcək

Emmanuel Makron 2027-ci ildə səlahiyyət müddətinin sonuna qədər 15-16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial mediaya girişi qadağan etmək planlarını açıqlayıb. Təhlil.az xəbər verir ki, iyunun əvvəlində Makron Aİ belə bir qadağa qoymasa, 15 yaşdan kiçik yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edəcəyini bildirib.
"Bütün sosial mediada yaş yoxlamasını tətbiq edəcəyik və bu yaşı 15-16 olaraq təyin edəcəyik. Deyəcəyik ki, bu yaşdan kiçik insanlara sosial mediaya giriş icazəsi verilməyəcək...
Bu müddətin sonuna qədər asanlıqla müvafiq qanun layihəsi ilə bağlı səsvermə keçirə bilərəm", - deyə "Figaro" qəzeti prezidentin sözlərindən sitat gətirir.