08 dekabr

BMT Təhlükəsizlik Şurası dekabrın 9-da Ukraynanı müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası 9 dekabr tarixində Ukrayna ilə bağlı açıq iclas təşkil edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə məlumatı Sloveniyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, Sloveniya dekabr ayında Şuraya sədrlik edir. İclasın yerli vaxtla saat 10:00-da başlaması planlaşdırılır.

Məlumata görə, iclasın keçirilməsi təşəbbüsü Sloveniyanın milli müraciəti əsasında, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Cənubi Koreya tərəfindən dəstəklənib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?