04 dekabr

Dekabrda möhtəşəm səma şousu: Geminid meteor yağışı yaxınlaşır

2025-ci ilin ən güclü və ən parlaq meteor axını, məşhur Geminidlər bu ilin dekabr ayında müşahidə olunacaq.

Təhlil.az xəbər verir ki, meteor yağışının ən fəal və parlaq mərhələsi 13-dən 14-nə keçən gecəyə təsadüf edəcək.

Pik anında saat ərzində 120-yə qədər meteor müşahidə etmək mümkün olacaq.

Mütəxəssislər bu səbəbdən həmin gecəni ilin ən möhtəşəm astronomik hadisələrindən biri kimi qiymətləndirir və açıq səma şəraitində əsl vizual şou vəd edir.