03 dekabr
Dmitri Peskov: Putin ABŞ-nin sülh planını rədd etməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin ABŞ-nin sülh planını rədd etməsi ilə bağlı açıqlama düzgün deyil.
Təhlil.az xəbər verir ki, Peskovun fikrincə, Rusiya-ABŞ danışıqları sükut içərisində aparılsa, daha yaxşıdır: "ABŞ ilə danışıqlar nə qədər sakit olarsa, bir o qədər məhsuldar olacaq. Moskva Ukraynada nizamlanmaya nail olmaq səylərinə görə Vaşinqtona minnətdardır. Rusiya nümayəndələri Ukraynada sülh yolu ilə nizamlanmaya nail olmaq üçün lazım olduğu müddətcə ABŞ həmkarları ilə görüşməyə hazırdırlar".