06 may

Ronaldunun oğlu Portuqaliya U-15 yığmasına dəvət olunub

Kriştianu Ronaldunun oğlu Cuniyor Kriştianu 15 yaşlılardan ibarət Portuqaliya milli komandasına çağırılıb. Təhlil.az xəbər verir ki, 14 yaşlı hücumçu, 13–18 may tarixlərində Xorvatiyada keçiriləcək Vlatko Markoviç Beynəlxalq Turnirində çıxış edəcək.

Cuniyor Kriştianu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun aşağı yaş qruplarında çıxış edir. 15 yaşlılardan ibarət millilərin turnirində Portuqaliya mayın 13-də Yaponiya, mayın 14-də Yunanıstan, mayın 16-da İngiltərə ilə qarşılaşacaq. Dördüncü oyun mayın 18-də baş tutacaq, lakin rəqib hələ müəyyənləşməyib.

Joao Santosun rəhbərlik etdiyi U-15 yığmasının heyətində "Porto", "Braga", "Tottenham" və "Vitória SC" kimi klubların gənc futbolçuları da yer alıb. Cuniyorun milli komandaya çağırılması onun futbol karyerasında əhəmiyyətli bir mərhələdir.

as.com

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?