02 dekabr

Ərdoğan Qara dənizdəki hücumlara sərt xəbərdarlıq etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə təhlükəsizliklə bağlı artan risklərə diqqət çəkib.

Təhlil.az xəbər verir ki, hökumətin iclasından sonra açıqlama verən prezident bildirib ki, Rusiya–Ukrayna müharibəsi bölgədə naviqasiya təhlükəsizliyini ciddi şəkildə təhdid edən mərhələyə çatıb.

“Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiya siqnalıdır”, – deyə, Ərdoğan deyib.

Prezident vurğulayıb ki, Türkiyənin iqtisadi zonasında naviqasiyanı, həyatı və ətraf mühiti təhdid edən belə hücumlara bəraət qazandırmaq mümkün deyil:

“Bu cür vəziyyətlərlə bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Müharibəyə son qoymaq məqsədi daşıyan addımları yaxından izləyir və hər fürsətdə prosesə töhfə verməyə hazır olduğumuzu bildiririk”.

Ərdoğanın açıqlaması Qara dənizdə gərginliyin artdığı bir dövrə təsadüf edir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?