01 dekabr

Aeroportlarda VİP xidmətlərdən istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı genişləndirilib

Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısı genişləndirilib.

Təhlil.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi, habelə ailə üzvləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin şöbə müdirləri həmin siyahıya daxil edilib.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?