Ən təhlükəli 10 qida - SİYAHI

Dünyada sağlamlığa ən çox zərər vurduğu hesab edilən qidaların yeni siyahısı açıqlanıb. Qida mütəxəssisləri bildirir ki, gündəlik həyatda tez-tez istifadə olunan bəzi məhsulların tərkibi ciddi sağlamlıq riskləri yarada bilər.
Təhlil.az xəbər verir ki, araşdırmalar nəticəsində ən zərərli 10 qida aşağıdakı kimi müəyyən edilib:
– Sürətli hazırlanmış “noodle” – yüksək duz və qatqı maddələri səbəbi ilə siyahının lideridir.
– “Üçü birində” qəhvə içkiləri – tərkibindəki şəkər və süni maddələrə görə təhlükəli hesab olunur.
– Emal olunmuş ət məhsulları (kolbasa və sosiska) – yüksək duz və konservant tərkibi səbəbilə sağlamlıq üçün risklidir.
– Çips – yüksək yağ və duz miqdarı ilə ön sıralarda yer alıb.
– Hazır sup paketləri – çoxluqatqı maddələri ilə diqqət çəkir.
– “Meyvə suyu” adı ilə satılan şəkərli içkilər – tərkibində real meyvə demək olar ki, yoxdur.
– Bulyon kubikləri – yüksək duz və süni dadlandırıcı səbəbilə riskli qida sayılır.
– Jelibon və rəngli şirniyyatlar – çoxlu süni rəngləndirici və qatqı maddələri ilə sağlamlığa zərər verə bilər.
– Enerji içkiləri – yüksək kofein və şəkər səbəbilə ürək-damar sisteminə təsir göstərir.
– Marqarin – tərkibindəki trans yağlara görə siyahını tamamlayır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu qidaların tez-tez və çox miqdarda istehlakı müxtəlif xəstəliklərə yol aça bilər. Onlar mümkün qədər təbii və az işlənmiş məhsullara üstünlük verilməsini tövsiyə edirlər.