19 noyabr

“Azərbaycanla sülhdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırıq”

Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra İrəvanla münasibətləri bərpa etməyə hazır olduğunu bir daha açıqlayıb.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyanat verib.

O bildirib ki, Ankara normallaşma prosesinə açıqdır və bu istiqamətdə əsas şərt Azərbaycan-Ermənistan sülhünün təmin edilməsidir:

“Bakı və İrəvan yekun sülh müqaviləsini imzaladıqda, sərhədləri açmağa və Ermənistanla münasibətləri normallaşdırmağa hazır olacağıq”.

Nazir qeyd edib ki, Cənubi Qafqazda dondurulmuş münaqişə region üçün arzuolunmazdır və davamlı sülhün təmin olunması üçün Zəngəzur dəhlizi ilə bağlı məsələlər və Ermənistanın konstitusiya ilə bağlı mövqeyi aydınlaşmalıdır.

Hakan Fidan əlavə edib ki, normallaşma perspektivi artıq Ermənistanı sülhə, açıq sərhədlərə və iqtisadi canlanmaya daha çox maraq göstərməyə sövq edir.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?