Bu gün
TWSJ: Qəzza zolağında HƏMAS-ın populyarlığının artması Trampın planlarını çətinləşdirir

“The Wall Street Journal” nəşrinin məlumatına görə, atəşkəs rejimindən sonra Qəzza sakinləri arasında HƏMAS-ı dəstəkləyənlərin sayı artmaqdadır.
Təhlil.az xəbər verir ki, məqalədə qeyd olunanlara görə, yerli əhali bölgədə cinayətkarlığın azalmasını və HƏMAS qüvvələrinin daxili təhlükəsizliyi bərpa etməsini müsbət qarşılayır.
Analitiklər hesab edirlər ki, bu proses ABŞ-nin və şəxsən Donald Trampın Yaxın Şərq strategiyasına əlavə çətinliklər yarada bilər — xüsusilə də bölgədə sabitliyin bərpası və İsraillə münasibətlərin tənzimlənməsi planları baxımından.
Bu gün