Bu gün
Səudiyyə Ərəbistanında qəza - 42 hindistanlı zəvvar həlak oldu

Foto: sakshipost.com
Səudiyyə Ərəbistanında baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində Hindistanın Telanqana ştatından olan ən azı 42 hindistanlı zəvvar həlak olub.
Təhlil.az xəbər verir ki, faciə noyabrın 17-də səhər saatlarında, Məkkədən Mədinəyə gedən avtobusun dizel yanacağı daşıyan avtomobillə toqquşması nəticəsində baş verib. İlkin məlumatlara görə, zərbə o qədər güclü olub ki, bir çox sərnişin hadisə yerində həlak olub, bir neçə nəfər isə ağır xəsarət alıb. Hadisə yerinə təcili olaraq fövqəladə xidmətlərin əməkdaşları gəlib, xilasetmə işləri aparılıb, zərərçəkənlərə tibbi yardım göstərilib.