Zelenski Fransada müdafiə müqaviləsi imzalayacaq

Ukrayna Prezidenti Vladimir Zelenski böyük korrupsiya qalmaqalının ölkədə və beynəlxalq arenada yaratdığı geniş rezonans fonunda Fransa ilə yeni müdafiə sazişi imzalamaq üçün Parisə səfər edib.
Təhlil.az xəbər verir ki, Zelenskini Fransanın dövlət başçısı Emmanuel Makron Villakubli hava bazasında qarşılayıb.
Səfərin əsas məqsədi Ukraynanın döyüş aviasiyası və hava hücumundan müdafiə imkanlarını gücləndirən yeni silah təchizatı müqaviləsinin imzalanmasıdır. Zelenski bu razılaşmanı “tarixi” adlandırıb.
İmzalanma mərasimindən əvvəl Fransa tərəfi Ukrayna nümayəndə heyətinə Rafale qırıcı təyyarələri, yeni nəsil SAMP-T hava hücumundan müdafiə sistemi, həmçinin bir sıra pilotsuz uçuş aparatları təqdim edəcək. Yoxlamadan sonra tərəflər qapalı niyyət memorandumu imzalayacaqlar.
Səfər Ukraynada müdafiə sahəsində aşkarlanan korrupsiya faktlarının geniş rezonans doğurduğu bir vaxtda baş tutur. Bu fon Zelenskinin Paris danışıqlarına xüsusi siyasi çalar qatır.