Gürcüstan xaricdə səsverməni qadağan edir

Gürcüstanda parlament seçkilərində xaricdə səs vermək qadağan ediləcək.
Təhlil.az xəbər verir ki, bu barədə ölkə parlamentinin sədri Şalva Papuaşvili açıqlama verib.
Onun sözlərinə görə, 2024-cü il parlament seçkiləri zamanı xaricdə yaşayan seçicilərə informasiya və siyasi təzyiqlərin artdığı müşahidə olunub. Papuaşvili bildirib ki, bu vəziyyət təzyiq risklərini daha da yüksəldir:
“2024-cü il parlament seçkiləri xaricdən gələn seçicilərə qarşı açıq və sərt informasiya və siyasi təzyiqin nə qədər ola biləcəyini göstərdi. Bu baxımdan, xaricdə yaşayan Gürcüstan vətəndaşlarına təzyiq riskləri artır,” – deyə o vurğulayıb.
Yeni qaydalara əsasən, parlament seçkilərində iştirak etmək istəyən Gürcüstan vətəndaşları səs vermək üçün ölkəyə qayıtmalı olacaqlar.