Bu gün
Çin və Suriya strateji əməkdaşlığı gücləndirir

Suriya və Çin xarici işlər nazirləri Əl-Şibani və Vanq Yi arasında Pekində görüş keçirilib.
Təhlil.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Suriya gələn il Çinlə diplomatik əlaqələr qurmuş ilk ərəb ölkələrindən biri kimi 70 illik münasibətləri qeyd edəcək. O vurğulayıb ki, Dəməşq və Pekin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Suriya iştirakının genişləndirilməsi də daxil olmaqla, bütün sahələrdə əlaqələri bərpa etməli və inkişaf etdirməlidirlər.
Vanq Yi həmçinin qeyd edib ki, tərəflər BMT və Çin-Ərəb Əməkdaşlıq Forumu kimi beynəlxalq platformalarda əməkdaşlığı daha da gücləndirməlidirlər.