Bakı Olimpiya Stadionu WUF13 üçün martda BMT-yə təhvil veriləcək

Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə Əməliyyat şirkəti 2026-cı ilin mart ayının sonunadək forumun keçirilməsi üçün nəzərdə tutulan məkanı-Bakı Olimpiya Stadionunu BMT-yə tam hazır şəkildə təhvil verməyi planlaşdırır.
Təhlil.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat şirkətinin icraçı direktoru Adil Məmmədov jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, COP29 zamanı əldə olunan təşkilati təcrübə bu dəfə də tətbiq olunacaq:
“Forumun əsas məkanı Bakı Olimpiya Stadionudur. COP29-da qazandığımız təcrübəni WUF13-də də tətbiq etməyə çalışırıq. Təxminən 90 min kvadratmetr müvəqqəti infrastruktur qurulacaq. Ayın sonunda tikinti materialları Bakıya çatdırılacaq və işlərə başlanılacaq. Qrafikə tam uyğun irəliləyirik və martın sonunadək məkanın BMT-yə təqdimat üçün tam hazır olacağını hesab edirik,” – A. Məmmədov bildirib.
Qeyd edək ki, WUF13 2026-cı ilin may ayında Azərbaycanda keçiriləcək.