Bu gün
İran güclü quraqlıq fonunda bulud əkini əməliyyatına başlayıb

İran hökuməti ölkədə müşahidə olunan ciddi quraqlığın təsirini azaltmaq məqsədilə buludların səpilməsi, süni yağıntı yaradılması əməliyyatına start verib.
Təhlil.az xəbər verir ki, rəsmi məlumatlara görə, prosesin ilkin mərhələsi artıq icra olunub, növbəti mərhələlər isə Şərqi və Qərbi Azərbaycan vilayətlərində həyata keçiriləcək.
Mütəxəssislər bildirirlər ki, bulud əkini atmosferdə rütubətin artırılması və yağıntıların süni şəkildə stimullaşdırılması üçün tətbiq olunan texnologiyadır.
İran hazırda son illərin ən quraq dövrünü yaşayır. Bir çox bölgələrdə su ehtiyatları kritik həddə enib, kənd təsərrüfatı sektoru isə quraqlıqdan ciddi zərər görüb.