Bu gün
Polşa Belarusla sərhəddə iki keçid məntəqəsinin fəaliyyətini bərpa etdi

Polşa hökuməti Belarusla sərhəddə daha əvvəl bağlanmış iki keçid məntəqəsinin – “Bobrovniki” və “Kuźnica Białostocka” – fəaliyyətini yenidən bərpa edib.
Təhlil.az-ın məlumatına görə, rəsmi Varşava bunun müvəqqəti qərar olduğunu bildirərək vurğulayıb ki, sərhəddə təhlükəsizliklə bağlı hər hansı risk yarandığı halda həmin məntəqələr yenidən bağlana bilər.
Qərar regionda davam edən gərginlik fonunda Polşanın sərhəd təhlükəsizliyi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.