Bu gün
DİN-dən vətəndaşlara 9990 qısa nömrəsindən gələn zənglərlə bağlı açıqlama

Son günlər sosial şəbəkələrdə əksər istifadəçilər onlara 9990 qısa nömrəsindən fasiləsiz zənglərin gəldiyini bildiriblər.
Təhlil.az-ın məlumatına görə, bildirilir ki, qeyd olunan nömrədən gələn zəngi açmaqla, vətəndaşların şəxsi məlumatları və bank hesabları asanlıqla ələ keçirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrafilli Bakues.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı bank kartlarına müdaxilə halı, pul oğurlanması halı aşkarlanmayıb.
“DİN-in aidiyyəti baş idarəsində araşdırılır. Hər hansı təhlükəli xüsus müəyyən olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – deyə qurumun açıqlamasında qeyd olunub.