14 noyabr

"Azərsilah"ın Şirvandakı zavodunda qəza: ölən var - RƏSMİ

Şirvanda zavodda qəza baş verib.

Təhlil.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası qeydə alınıb.

Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.