Bu gün

Papuaşvili: “Azərbaycan, Ermənistan və Gürcüstan bir-birini dəstəkləməlidir”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Təhlil.az xəbər verir ki, o, brifinq zamanı Azərbaycan və Ermənistanın hazırkı siyasətini yüksək qiymətləndirərək bildirib:

“Azərbaycan və Ermənistan düzgün siyasət yürüdür, xalqlarının rifahı naminə hər kəslə əməkdaşlıq etməyə çalışırlar”.

Papuaşvili qeyd edib ki, iki ölkə arasında sülh bərqərar olandan sonra regionun inkişafına vahid məkan kimi yanaşmaq lazımdır:

“Hamımız - Azərbaycan, Ermənistan və Gürcüstan üçün vacib olan məsələlərdə bir-birimizi dəstəkləməliyik. Buraya suverenliyin möhkəmləndirilməsi və xalqımızın rifahının yaxşılaşdırılması daxildir”.

Sədr bildirib ki, Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimad regionun gələcək inkişafı üçün əsas şərtdir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?