Bu gün
Paşinyan: Türkiyədən Azərbaycana və geriyə yük tranzitini açmağa hazırıq!

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Marqara və Kornidzor marşrutları tam hazırdır və Türkiyə–Azərbaycan yük maşınlarının ölkə üzərindən keçidini təmin etmək mümkündür.
Təhlil.az-ın məlumatına görə, Paşinyan xatırladıb ki, daha əvvəl də Marqara–Yexeqnadzor–Sisian–Qoris xətti üzrə tranzitə hazır olduqlarını bəyan etmişdilər.