Bu gün
ABŞ-də viza məhdudiyyətləri: Diabet, xərçəng və artıq çəki səbəb sayılacaq

ABŞ administrasiyası bəzi xəstəlikləri xarici vətəndaşlara viza verilməsindən imtina üçün əsas kimi nəzərdən keçirir. Təhlil.az “The Washington Post”a istinadla xəbər verir ki, Donald Trampın rəhbərliyi dövründə verilən yeni göstərişə əsasən, vizalarla məşğul olan bölmələr diabet, xərçəng, piylənmə kimi xəstəlikləri risk amili kimi qiymətləndirməlidir.
Dövlət Departamenti həmçinin yaşlı şəxslərə, eləcə də yaşlı valideynlərini və ya əlilliyi olan ailə üzvlərini təmin edənlərə vizaların məhdudlaşdırılmasını təklif edir.
Rəsmi izahatda bu qərar səhiyyə və sosial baxım xərclərinin yüksəkliyi ilə əsaslandırılır. Lakin analitiklər və jurnalistlər bu addımı miqrasiya axınını azaltmağa yönəlmiş yeni siyasi cəhd kimi dəyərləndirirlər.