Bu gün

Çin Yaponiyanın Tayvanla bağlı açıqlamasına etiraz edib

Pekin rəsmi şəkildə Tokiyoya etiraz notası göndərib. Səbəb Yaponiyanın baş naziri Takaiçinin parlamentdə səsləndirdiyi bəyanatdır.

Təhlil.az xəbər verir ki, o, Çin tərəfindən Tayvana mümkün hücumun “Yaponiyanın mövcudluğuna təhdid yarada biləcəyini” və bunun ölkəyə kollektiv özünümüdafiə hüququndan istifadə etməyə imkan verəcəyini bildirib.

Çin isə bu sözləri daxili işlərə müdaxilə kimi qiymətləndirib və Tokionu məsuliyyətli davranmağa çağırıb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?