Bu gün
Türkiyə Müdafiə Nazirliyi: C-130 təyyarəsinin qəzaya uğradığı zonada sonuncu hərbçinin nəşi tapılıb

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi-nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçidən sonuncunun nəşinin tapıldığını açıqlayıb.
Təhlil.az xəbər verir ki, müvafiq açıqlama cümə axşamı, noyabrın 13-də Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Gürcüstandakı axtarış-xilasetmə zonasında 20 türk hərbçisindən 19-nun cəsədinin tapıldığını açıqlamışdı.
Hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”su artıq deşifrə edilməsi üçün Türkiyəyə çatdırılıb.
Bu gün