Bu gün
ABŞ “Rosatom”un Macarıstanda inşa etdiyi AES-i sanksiyalardan çıxardı

ABŞ Macarıstanda tikilməkdə olan “Pakş-2” Atom Elektrik Stansiyasını sanksiyalardan azad edib. Layihəni Rusiyanın “Rosatom” şirkəti həyata keçirir.
Təhlil.az-ın məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bu qərar Budapeştin enerji müstəqilliyi qazanması üçün vacibdir. O, həmçinin qeyd edib ki, Rusiya neft və qazının Macarıstana tədarükünə tətbiq edilən məhdudiyyətlər də bir il müddətinə dayandırılacaq: “Söhbət onların neft və qaz aldığı boru kəmərləri üzrə sanksiyaların bir il müddətinə uzadılmamasından gedir”, – deyə Rubio vurğulayıb.
Bu gün