Bu gün
İtaliya mediasından Lavrova senzura

İtaliyanın “Corriere della Sera” qəzeti Rusiya xarici işlər naziri Sergey Lavrovla müsahibəni dərc etməkdən imtina edib.
Təhlil.az xəbər verir ki, Rusiya səfirliyinin məlumatına görə, redaksiya qısaldılmış versiyanı qəzetdə, tam variantı isə saytda paylaşmaqdan boyun qaçırıb.
Səfirlikdən bildirilib ki, qəzet bu qərarını Lavrovun “fakt yoxlanışı və əlavə aydınlaşdırma tələb edən mübahisəli fikirləri” ilə əsaslandırıb.
Rusiya tərəfi hadisəni “açıq senzura” kimi qiymətləndirib.
Bu gün