İlon Mask: “20 ilə insanların şüurunu robotlara köçürmək mümkün ola bilər”

Milyarder iş adamı və “SpaceX”in rəhbəri İlon Mask gələcəkdə insanların şüurunun və yaddaşının robotlara köçürülə biləcəyini ehtimal edib.
Təhlil.az xəbər verir ki, Mask bu fikri “Neuralink” beyin-çip layihəsi və “Tesla”nın insanabənzər robot konsepsiyası ilə əlaqələndirib.
Onun sözlərinə görə, texnologiya kifayət qədər təhlükəsiz olarsa, insanlar yaddaşlarını qorumaq və fövqəlinsan qabiliyyətləri əldə etmək üçün bu imkandan istifadə etmək istəyəcəklər:
“Bu proses tam təhlükəsiz olarsa, insan öz şüurunu robot bədəninə köçürə və orada demək olar ki, eyni şəkildə yaşaya bilər”.
Maskın açıqlamalarında qeyd edilən “20 il” müddəti hələ ki, dəqiq deyil və daha çox ehtimal xarakteri daşıyır. O etiraf edib ki, belə bir robotdakı şüur orijinal insan şüurunun demək olar ki, tam eynisi olacaq.
Süni intellekt və beyin-kompüter interfeysləri sahəsində sürətli inkişaf nəzərə alınarsa, Maskın iddiaları ekspertlər arasında həm maraq, həm də müzakirələr doğurub.