Bu gün

Macarıstan Aİ-ni Ukraynaya maliyyə yardımını dayandırmağa çağırdı

Macarıstanın xarici işlər naziri Peter Sijjarto Avropa İttifaqını Ukraynaya göstərilən maliyyə dəstəyini dayandırmağa səsləyib.

Təhlil.az xəbər verir ki, nazir Brüsselin uzun illərdir Avropa vətəndaşlarının pulları hesabına Ukrayna dövlətini maliyyələşdirdiyini bildirib:

“Brüssel artıq bir neçə ildir ki, Avropa xalqının pullarından istifadə edərək Ukrayna dövlətini maliyyələşdirir. Ukraynada korrupsiya geniş yayılıb və təəccüblü deyil ki, hələ heç kim Aİ vəsaitlərinin necə xərcləndiyinə dair dəqiq hesabat görməyib. Bu dəliliyi dayandırmağın vaxtıdır; Avropa xalqının pullarını Ukraynaya yönəltməyi dayandırmalıyıq”.

Sijjarto vurğulayıb ki, Macarıstan hökuməti bundan sonra Ukraynaya yeni subsidiya və kreditlərin ayrılmasını nəzərdə tutan Aİ təşəbbüslərinə qoşulmayacaq.

Nazirin sözlərinə görə, Budapeşt Aİ-nin Ukrayna siyasətini qeyri-şəffaf və riskli hesab edir və bu yükün Avropa vergiödəyicilərinin üzərinə düşməsinin yolverilməz olduğunu bildirir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?