Bu gün

Peskov: “Trampdan diplomatik həll gözləyirik”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə münasibətlərə və Ukrayna münaqişəsinin həllinə dair açıqlama verib.

Təhlil.az xəbər verir ki, Peskov bildirib ki, Moskva yeni ABŞ administrasiyasından, xüsusilə Prezident Donald Trampdan Ukrayna məsələsinin diplomatik və siyasi yolla həllinə real töhfə gözləyir:

“Biz ürəkdən ümid edirik ki, Prezident Tramp Ukrayna məsələsinin diplomatik və siyasi həllinə kömək etməyə hazırdır”.

Peskov eyni zamanda Moskva–Vaşinqton münasibətlərinin inkişafına ehtiyac olduğunu vurğulayıb:

“İkitərəfli münasibətlərimizi inkişaf etdirməliyik. Ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmalıyıq. Bizim parlaq perspektivlərimiz var, lakin hər iki tərəf hazırda vaxt və pul itirir”.

Rusiya rəsmisi ABŞ ilə münasibətlərin bərpasının həm regional, həm də qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?