Bu gün

İranı kritik su böhranı gözləyir: Tehran yaşanmaz hala düşə bilər

İran rəsmiləri ölkədə son onilliklərin ən ciddi su böhranının yaşandığını bildirirlər. Quraqlığın davam etməsi halında, 10 milyondan çox insanın yaşadığı Tehran şəhərinin yaxın vaxtlarda yaşayış üçün yararsız vəziyyətə düşə biləcəyi xəbərdarlığı edilib.

Təhlil.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian parlamentin plenar iclasında çıxışı zamanı su ehtiyatlarının təhlükəli dərəcədə azaldığını açıqlayıb. Prezident bildirib ki, dekabr ayına qədər yağıntı olmasa, hökumət paytaxtda su təchizatını məhdudlaşdırmağa məcbur olacaq:

“Əgər məhdudlaşdırma tətbiq olunsa və yağış yenə də yağmasa, ümumiyyətlə suyumuz olmayacaq. Bu halda Tehran sakinlərinin təxliyəsi qaçılmaz olacaq”.

Rəsmilər böhranı əvvəlki hökumətlərin yanlış su idarəçiliyi, iqlim dəyişikliyi, yeraltı suların həddindən artıq istismarı və sürətlə artan istehlak kimi faktorlarla əlaqələndirirlər.

Hazırkı vəziyyət vəziyyətinin daha da ağırlaşacağı təqdirdə İranın paytaxtı üçün kütləvi miqyaslı humanitar və logistika problemləri yarana bilər.

İran hökuməti böhranın qarşısını almaq üçün təcili fövqəladə tədbirlər üzərində çalışır.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?