Bu gün

Həcc vizası üçün sağlamlıq sertifikatı tələb olunacaq

Viza verilərkən zəvvarlardan sağlamlıq sertifikatı istənəcək.

Təhlil.az xəbər verir ki, sertifikat Həcc bürosu və tibbi missiyanın məsul şəxsi tərəfindən təsdiq olunmalı və “Masar” platformasında elektron şəkildə qeydə alınmalıdır.

 Bu qayda Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi tərəfindən növbəti mövsümdə tətbiq olunacaq.

Qeyd olunur ki, qurbanlıq heyvanın satın alınması və kəsilməsi üçün ödəmə “Adahi” platforması və Həcc büroları vasitəsilə həyata keçiriləcək. Səudiyyə Ərəbistanı Həcc və Ümrə naziri Taufiq əl-Rəbia bildirib ki, "Nusuk" kartı Məkkə məscidinə və digər müqəddəs yerlərə giriş üçün vacib olacaq, eləcə də bütün maliyyə və inzibati əməliyyatlar "Nusuk" və "Masar" platformaları vasitəsilə aparılacaq.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?