Bu gün
Kiprdə güclü zəlzələ olub

Kiprdə 5,2 bal gücündə zəlzələ baş verib.
Təhlil.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına əsasən, zəlzələ yerli vaxtla 11:31-də (Bakı vaxtı ilə 13:31-də) qeydə alınıb.
Zəlzələnin episentri 200 minə yaxın əhalisi olan Limasol şəhərindən 48 kilometr qərbdə baş verib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Bu gün