Bu gün

Donald Trampın oğlu Ermənistana səfərini ləğv etdi

ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp bu gün – noyabrın 12-də Ermənistana planlaşdırılan səfərini ləğv edib.

Təhlil.az-ın məlumatına görə, Ermənistanın “Hraparak” qəzeti yazır ki, qərar Taker Karlsonun ABŞ-də efirə gedən verilişindən sonra qəbul olunub. Proqramda “Tashir Capital” şirkətinin rəhbəri Narek Karapetyan Ermənistan hökumətinin erməni kilsəsinə hücumlarından danışıb.

Məlumata görə, bu rezonansdan sonra kiçik Tramp Ermənistan rəhbərliyi ilə görüşməkdən və ümumilikdə səfərdən imtina edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?