Bu gün
Pezeşkian: “Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil”

İran Prezidenti Məsud Pezeşkian hökumətin xalqınsosial və iqtisadi problemlərinin həllinə yönəlmiş prioritetlərini vurğulayıb.
Təhlil.az xəbər verir ki, İran prezidenti Parlamentin plenar iclasında bildirib ki, İran parlamenti hər həftənin bir gününü insanların problemlərinə həsr etməyə çalışır:
"Xalq ac olanda ölkəni idarə etmək mümkün deyil. Bu ilin büdcəsi elə qurulmalıdır ki, insanların güzəranı əsas prioritet olsun. Əgər xalqın dolanışığını təmin etməsək, nəyə sahib olsaq da, hər şey mənasız görünəcək".