Bu gün
Qəzaya uğrayan Türkiyə təyyarəsinin daha iki hissəsi tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə təyyarəsinin daha iki hissəsi tapılıb.
Təhlil.az hadisə yerindəki İTV müxbirinin məlumatına istinadla xəbər verir ki, dünən qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi nəqliyyat təyyarəsinin daha iki hissəsi aşkarlanıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, axtarışlar gecə saatlarında da davam etdirilib.
Hazırda Türkiyənin “AKINCI” PUA-sı da ərazidə axtarış işlərini həyata keçirir.