Yer kürəsini güclü maqnit qasırğası gözləyir

Alimlər noyabrın 11-i və 12-də Yer kürəsində maqnit qasırğasının gözlənildiyini bildiriblər.
Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Proqnoza əsasən, qasırğa G2 sinfinə qədər yüksələ bilər. 11 noyabrın səhəri və günorta saatlarında vəziyyət sabit qalacaq, lakin axşam saat 18:00-dan etibarən aktivlik artacaq və gecə yarısına yaxın pik həddə çatacaq. Maqnit qasırğasının təsiri yalnız 12 noyabrda zəifləməyə başlayacaq.
Qeyd olunur ki, son günlər Günəşdə fəallıq artıb — 9 noyabrda baş verən güclü partlayış da müşahidə olunub və bu hadisə daha bir maqnit dalğasına səbəb olub.
Mütəxəssislər bu günlərdə xüsusilə ürək-damar və sinir sistemi problemi olan şəxslərə özlərini qorumağı tövsiyə edirlər.