Bu gün
Avstraliya parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb

Avstraliya federal parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu yaradılıb.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.
Diplomatik nümayəndəlikdən qeyd edilib ki, qrupun həmsədrləri Səhiyyə, Yaşlılara və Əlillərə Qulluq üzrə Daimi Komitənin sədri Mayk Frilender və Ticarət və İnvestisiyalar üzrə Birləşmiş Daimi Komitənin sədr müavini Rik Uilson olublar.
"Qrupun tərkibinə yüksək vəzifəli rəhbərlər, o cümlədən Senatın sədri senator Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlament üzvləri daxil olublar", - səfirliyin məlumatında deyilir.