Yapon naziri Kuril adalarını “xarici ərazi” adlandırdığına görə tənbeh alıb

Yaponiyanın Okinava və Şimal Adaları (Kuril adaları) üzrə naziri Hitoşi Kikavada “Kuril adalarını xarici ərazi” adlandırdığı üçün hökumət tərəfindən rəsmi xəbərdarlıq alıb.
Təhlil.az xəbər verir ki, "Yahoo Japan"ın məlumatına görə, xəbər verir ki, Kikavada noyabrın 8-də Hokkaydodakı Nemuro şəhərində yerləşən Nosappu burnunu ziyarət edib. Jurnalistlərin suallarını cavablandırarkən o, belə deyib:
“Bu, Yaponiyanın ən uc nöqtəsidir... Bəlkə də belə demək kobuddur, amma bu adalar xaricə ən yaxın nöqtədə yerləşir. Onları öz gözlərinlə görmək vacibdir.”
Bu açıqlama ictimaiyyətdə narazılıq yaradıb. Hökumət sözçüsü Minoru Kixara bəyan edib ki, nazirin sözləri “yanlış anlaşılmaya səbəb ola bilər” və bu mövzuda daha diqqətli davranmağı tövsiyə edib.
Kixara həmçinin qeyd edib ki, nazirin vəzifədən azad edilməsi planlaşdırılmır, lakin o, bundan sonra çıxışlarında daha ehtiyatlı olmalıdır.