Bu gün

Mədəniyyət Nazirliyinin sifarişi ilə Zəfərimizin 5 illiyinə həsr olunmuş kitab işıq üzü görüb

Mədəniyyət Nazirliyinin sifarişi ilə 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5 illiyinə həsr olunmuş “E GREAT VICTORY. 44 DAYS.23 HOURS.43 MINUTES" adlı kitab işıq üzü görüb.

Təhlil.az xəbər verir ki, Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının, xalqa müraciətlərinin, tvitlərinin, xarici media nümayəndələrinə müsahibələrinin, xarici ölkələrin dövlət başçıları ilə görüşlərinin və birgə bəyanatlarının əks olunduğu bu kitabda Zəfərdən sonra başlanan bərpa və quruculuq işləri, eləcə də 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatı mövzularına da toxunulub.

Kitab şanlı Zəfərimizin xarici ölkələrdə təbliği məqsədilə ingilis dilində çap edilib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?