Milli Qəhrəmanlar Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.
Təhlil.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına istinadla xəbər verir.
Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamlarla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Teymurov Pəncəli Nurməmməd oğlunun və Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib.
Hər iki şəhid qəhrəmanımızın ailə üzvlərinə təqaüd təyinatı onların müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.
Prezidentin aylıq təqaüdü (2000 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.