Bu gün

NATO nümayəndə heyəti ilə sülh gündəliyi müzakirə edilib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.

Təhlil.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.

"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO–Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik", - paylaşımda qeyd olunub.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?